Silikon Vadisine ve Teknoloji Dünyasına İçeriden Bir Bakış
kolai.com
Ana Sayfa
Yazı Ekle
Forumlar
Bilgi Bankası Kategorileri
Son Eklenen Bilgiler
Divan Edebiyatı
Osmanlıca Sözlük
Osmanlı Padişahları
Anadolu Beylikleri

Arama:
Bunlar da var
Ayasulug (Selçuk) Aydınoğlu İsa Bey Camii
suleymanie hakkinda bir anekdot'u yazan arkadasa bir hatirlatma..
Boğaz Yamaklarının İsyanı
Osmanlı'da Tasavvufi Hayat
İlim Hareketlerinde İki Etkin Ekol
Milli Tarihimizde Ağustos Ayı Olayları
Ahiliğin Doğuşu
Birgi Ulu Camii
Tulumcuzâde Abdurrahman Efendi
Vahdettin'e hain yaftası yapıştırılabilir mi?Tabii ki HAYIR

Aradığınız soruların cevabını bulamadınız mı? Forumlarımızda sorun.

Şamlı adı hakkında

“ŞAMLI” ADI HAQQINDA
Azerbaycanda türk tayfalarını adını özünde yaşadan kendler, yaşayış meskenleri, toponimler mövcuddur. Bunlardan biri de Azerbaycan Respublikasının Qebele rayonundakı Şamlı adıdır.

Tarixden melumdur ki, miladi tarixle 1034-cü ilden başlayaraq Azerbaycana selçuq adı ile tanınmış bir türk tayfası gelmeye başlamışdır. Selçuqlar bir sıra tayfalara bölünmüşler ve bunlardan bir çoxları monqol hücumu dövründe onlara tabe olmaq istemeyib Kiçik Asiyaya çıxıb getmiş ve ordan sonralar müxtelif vaxtlarda Azerbaycana gelmişler. Bunu tarixi menbeler de tesdiq edir. Mehemmed Hesen Veliyevin (Baharlı) “Azerbaycan” adlı kitabında (fiziki-coğrafi, etnoqrafiq ve iqtisadi oçerk) bu haqda melumat verilerken qeyd olunur ki: “...Başqa selçuq tayfası Şamlı, monqolların basqını zamanı Türkiyeye geden ve Şamda (Suriya) mesken salan (o zaman Suriya Osmanlı imperatorluğunun terkibinde olub – müel.) selçuqlardan ibaretdir. Onlar “Şamlı” adı altında Topal Teymur terefinden Suriyadan köçürülmüş ve İranda meskunlaşmışlar. Burdan da onlar Azerbaycana keçerek öz adlarını aşağıdakı kendlere vermişler:
Göyçay qezasında – Şamlı; Ağdaş qezasında – Şamlı”.
Hazırda Şamlı tayfasının öz adını aşağıdakı yaşayış meskenlerine verdiyini görürük:
* Şamlı kendi – Şimali Azerbaycanın Qebele ve Zengilan rayonlarında, Türkiyenin Balıkesir vilayetinde;
* Hacı Şamlı kendi – Şimali Azerbaycanın Kelbecer rayonunda (işğala qeder – müel.);
* Mirşamlı kendi – Şimali Azerbaycanın Şamaxı rayonunda;
* Yuxarışamlı ve Aşağışamlı kendleri – Türkiyenin Denizli vilayetinin Ağköy rayonunda;
* Çuxurşamlı kendi – Türkiyenin Mersin vilayetinin Anamur rayonunda;
* Şamlı şeheri – Hindistanın Uttar Pradeş ştatının Muzaffarnaqar rayonunda;
* Şamlı kendi – Türkmenistanda;
* Şamlı kendi – İraqda.
* Şamlı şeheri – İraqın Muhafazat al Basrah bölgesinde;
* Bi’r aş Şamlı şeheri – Suriyanın Muhafazat Heleb bölgesinde;
*Dövlet Şamlu şeheri– İranın Xorasan ostanında.
Bundan başqa Şamlı (Şamlu), adını daşıyan mehelle (Türkiyenin Aksaray şeherinde), dere (Afqanıstanda), Şamlılar adını daşıyan nesil (Türkiyenin Denizli vilayetinin Babadağ rayonunda), oymaq (Türkiyenin Erzurum vilayetinin Uzundere rayonunda), Şamlı, Şamlıoğlu soyadları (Türkiyede, Özbekistanda, Şimali Kipr Türk Respublikasında), ad (Hindistanda), küçe adı (İstanbulda) ve s. vardır. Bunlar sadece bizim bildiklerimizdir, kim bilir Şamlı (Şamlu) adını daşıyan bilmediyimiz daha neçe kend, mehelle, nesil ve s. vardır.
Türkiyeli tarixçi Vatan Özgülün internetde yayınlanan “XIX yüzilden önce Balaban aşireti” adlı eserinde XIII asrda Suriyada qalabalik bir Türkmen topluluğunun yaşadığı ve bu topluluğun çox mühüm bir hissesinin yayda Sivasın (Türkiye) cenub bölgelerine ve Uzun Yaylaya (Türkiyede) getdiyi qeyd edilir. Bunlara Şamlu, Şam Türkleri ve ya Şam Türkmenleri deyilirmiş. Tarixçinin eyni adlı eserinde bu tayfa haqqında bele yazılır: “...Selçuqlular dövründen beri Heleb-Antep arasında qışlayan ve Sivas-Gürün-Gemerek arasında yaylayan Türkmen oymaqlarına Farsca tarixlerde Etrak-i Şam ve ya Türkman-ı Şam, Türk xalqı arasında ve Türkçe eserlerde de Şamlu deyilirdi. Osmanlı dövründe resmi senedlerde Heleb Türkmenleri deyilen Heleb-Antep arasındakı topluluq başlıca Avşar (Afşar), Beydili, İnallu, Harbendelu, Bayat kimi oymaqlara ayrılmışdı...”. Şamlı tayfası haqqında Türkiyeli professor merhum Faruq Sümerin “Oğuzlar” kitabında da behs edilir. O, yazır: “...XIII asrda Suriyada qalabalik bir türkmen elatı yaşayırdı. Bu elatın çox mühüm bir qismi yayda Sivasın cenub tereflerine ve Uzun Yaylaya (Türkiye – müel.) çıxırdı. Bunlara Şamlu, Şam türkleri ve ya Şam türkmenleri deyilirdi”. Tedqiqatçının eserinde Şimali Suriya türkmenlerinin Sefevi dövletinin yaradılmasında Şamlı (Şamlu) adı altında iştirak etdikleri qeyd olunur. Faruq Sümer eyni adlı eserinde Şamlı boyu haqqında bele yazır: “...Şamlu yayda Sivasın güney (cenub – müel.) terefinde ve Uzun Yaylada yaşayan, qışı Heleb bölgesinde keçiren türkmenlerin Beydili, Xarbendelu, İnallu kimi oymaqların qollarından meydana gelmişdir...”. Müellif Şamlı (Şamlu) boyu haqqında yazarken bunları qeyd edir: “...Qızılbaş ulusunu teşkil eden birinci dereceli oymaqlar bunlardır: Ustacalı-Ustahacılu (Sefevi dövründe Ustaclu), Rumlu, Tekelü, Zülqeder, Şamlu, Qaçar...”. Hemyerlimiz, alim Vasif İsmayıloğlu 2002-ci ilde İstanbulda neşr olunmuş “Bir gün xestexanada, kürtleşmiş Azerbaycan Türkleri” adlı kitabında Şamlı boyu haqqında bele yazır: “...Quzey (Şimali – müel.) Azerbaycanın Şamlu, Ayrımlu kimi Türkmen boyları Güneydoğu (cenub-şerq – müel.) Anadolunun Türkmenlerinden iken Yavuz Sultan Selim zamanında mezheb ferqliliklerinden (Henefi ve Ceferi mezhebleri nezerde tutulur – müel.) doğan ixtilafla elaqedar köç etmişlerdir”. Türkiyeli professor Abdülxaluq M. Çayın internetde verilmiş “Azerbaycan ve Türkler” meqalesinde de bu barede melumat var: “...Qaraqoyunlular, Ağqoyunlular kimi Türkmen topluluqlarından sonra Anadoludan Azerbaycana gelen bu üçüncü böyük köçü teşkil edir. Bu Türkmen topluluqları arasında Sivas, Amasya, Tokat bölgesinden geden Ustacalu, Şamlu, Rumlu; Antalya belgesinden Tekelü; Qaraman bölgesinden Turqutlular ve digerleeri; Tarsus bölgesinden Varsaqlar ve Dulqedirliler (Zulqedr)'i görürük”. Türkiyeli yazıçı Nihad Çetinqayanın “Qızılbaş Türkler (tarixi yaranışı ve inkişafı)” kitabında Şamlı (Şamlu) tayfası haqqında behs edir. Tarix elmleri doktoru, professor Oqtay Efendiyev “Sefevi Dövletinin quruluşunda Türk aşiretlerinin rolu” meqalesine istinaden bele yazılır: “1576’da İskgender Münşi terefinden verilmiş buyruqlarda, Türk kökenli Qızılbaş aşiretler, aşağıdakı kimi sıralanmışlardır: Samlu, Ustağlu, Türkmen, Rumlu, Dulkadir, Afşar, Kaçar, Tekeli ve Hunuslu...1628 ilinde eyni yazıçı terefinden verilen siyahıda Türk aşiretlerinin siyahısı da verilmişdir: Şamlu, Ustaoğlu, Dulkadir, Qaçar, Avşar, Türkmen, İspirli, Rumlu, Qaradağlı, Bayat, Alpaqut, Kazaklı, Qacirlı, Bayburtlu. Şamlulular; Beydili, Abdili, Arabgirli, Nikaz qebilelerine bölünmüşlerdi...”.
Türkiyenin Balıkesir Universiteti tarix bölümünün dosenti Abdulmecid Mutaf bu meqalenin muellifine mektubunda bildirdiyine göre dörd ailenin Suriyadan gelerek Balıkesirde (Türkiye) yerleşdikleri erazi onların mensub olduqları tayfanın adı ile Şamlı adlandırılmışdır. Bundan başqa internetde verilmiş bir melumatda yazılır ki, Türkiyenin Elazığ vilayetinin Ürünveren kendinde yaşayan Şamlı oymağına mensub insanlar köklerinin Şamdan gelerek Elazığ vilayetinin kendlerinde ve bir hissesinin de Konya bölgesinde yerleşdiklerine inanırlar. Türkiyenin Muğla vilayetinde yaşayan Şamlı zabit Hacı Hüseyn efendinin soyu yerli xalq arasında “Şamlılar” olaraq bilinir. Yeri gelmişken, köklerinin Suriyadan geldiyine dair inam Qebele rayonundakı Şamlı kendinin köklü sakinlerinde de var. Yaşlıların söylediklerine göre Şamlı kendi yerleşen erazide ilk dövrlerde üç-dörd aile yaşayırmış. Fikrimizce, Balıkesirde olduğu kimi Qebelede de bu erazi orada meskunlaşan insanların geldikleri yerin (Şam-lı, yeni, Şamdan gelenler) ve ya mensub olduqları tayfanın (Şamlı) adı ile “Şamlı” adlandırılmışdır. Belke de hazırda Qebelenin Şamlı kendinde yaşayanların kökü Şamlı emirlerine qeder çatır. Yeri gelmişken qeyd edek ki, Şamlı kendinin adı bezen sehv olaraq Şamılı kimi yazılır.
Cavad Heyetin internetde yayınlanmış “Azerbaycanın Türkleşmesi ve Azerbaycan Türkçesinin Teşekkülü” eserinde Emir Teymurun Anadolu seferinden qalib olaraq döndüyünde bir çox türk boylarını (o cümleden Şamlı boyunu) Suriya ve Anadoludan Azerbaycana getirdiyi qeyd olunur: “...Özellikle Teymur Anadolu seferinden qalib olaraq döndüyünde bir çox Türk boylarını Suriya ve Anadoludan Azerbaycana getirdi. Bunlar Şamlı, Musuulu, Rumlu, Kaçar, Afşar, Zulkadir, Kovanlu, Kozanlu, Tekelu, Baharlu, Varsaqlu, Beydili boyları olub Azerbaycanda qaldılar ve bir çoxu Erdebil ve etrafında Sefevi şeyxi (Şeyx Ali)nin (revayete göre bu zaman yolda Topal Teymura rast gelen Sefeviyye teriqetinin qurucusu Şeyx Sefieddin Erdebilinin nevesi, bu teriqetin rehberi Şeyx Ali, Şamlı tayfasının bağışlanmasını xahiş edib ve öz hörmeti sayesinde buna nail olub – müel.) etrafına toplanıb onun ve oğullarının müridleri oldular...”. Bu barede İsmayıl Kayqusuzun “Qızılbaşlıq ve Qızılbaşlar” adlı meqalesinde de var: “...1402 Ankara savaşında Yıldırım Beyazidi böyük meğlubiyyete uğradan Timur geri dönerken, birlikde götürdüyü otuz min esir Türkmeni, Erdebil şeyxi Xoca Aliye hediyye etmişti. Esir Türkmenlerin böyük ekseriyyeti Tekelü ve Qaramanlulardı...”. Abbasqulu ağa Bakıxanov internet vasitesi ile oxuduğumuz “Gülüstani-İrem” adlı eserinde yazır: “...Sultan Mehemmed Xudabende (Şah İsmayıl Xetainin böyük qardaşı – müel.) taxta oturdu. ...Şamlı ve sair tayfaların emirlerinden bir neçesine Şirvanda torpaq verildi...”. Abbasqulu ağa Bakıxanov eyni eserinde daha sonra qeyd edir: “...Şirvanda Qaramanlı, Tekeli, Şamlı... ve sair bir çox tayfalar vardır”. Tarixden melum olduğu kimi Qebele de müeyyen bir tarixi dövrde (Şirvanşahların zamanında) Şirvan vilayetinin terkibinde olub. İnayetullah Rzanın internetde yayınlanan “Aran adı ne üçün mehv oldu?” meqalesinde de bu fakt tesbit olunur: “...Şirvanşahların zamanında Qebele ki mülknişin idi ve yerli hakimlerin hakimiyyeti altında olurdu, Şirvan hökümetine tabe oldu...”
Şamlı tayfasının Azerbaycana köç etmesi faktı Türkiyeli alim İsmayıl Kayqusuzun internetde verilmiş “Qızılbaşlıq ve qızılbaşlar” adlı meqalesinde de qeyd olunur: “...Tekeli, Şamlu, Ustaclu ve Rumlu Türkmenlerin böyük bir qismi daha o zamandan (1470-ci ilde) İran ve Azerbaycana köç ederek, Şeyx Heyderin ilk Qızılbaş ordusunu teşkil etmişlerdi”. İ. Kayqusuz daha sonra eyni adlı meqalesinde yazır: “...Bunların bezileri, önce sözü edildiyi kimi, Xoca Alinin Erdebile yerleştirdiyi Türkmenlerin (Tekelü, Qaramanlu), o birileri ise Şeyx Cüneydin savaşlarına qatılaraq, ya da Şeyx Heyder döneminde (meselen, Azerbaycanda kend teserrüfatı bölgesine yerleşmiş Şamlular kimi) gelmiş bulunurlardı...”. Bu faktı İsmayıl Kayqusuz “Sufi qıran Çaldıran...” meqalesinde de tesdiq edir: “...Qızılbaş ordusunu teşkil eden Qızılbaş Türkmen qebileleri de, son yarım yüz il boyunca Azerbaycan ve İrana köçüb yerleşmiş aqrabalarından (qohum – müel.) başqaları deyildi...”.
Fikrimizce, Şamlı (Şamlu) adı ile bağlı olan bütün yaşayış meskenlerinin sakinleri ve bu adı daşıyan nesiller arasında birbaşa bağlılıq, tayfa qohumluğu mövcuddur.
Son olaraq qeyd etmeyi lazım bilirik ki, bu qeydler kökü ile, soy bağı ile Azerbaycanın Qebele rayonundakı Şamlı kendine bağlı olan yazı müellifinin bu torpağın tarixi keçmişine işıq tutmaq cehdi idi. Fikrimizce, Şamlı kendinin tarixi keçmişi haqqında geniş elmi tedqiqata ehtiyac vardır.

Eldeniz ABBASLI,
pedaqoji elmler namizedi.
Bakı/Azerbaycan.
E-mail: abbasov61@yahoo.com

Bize her konuda çekinmeden yazabilirsiniz